Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2019 11:27

Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin Elmi iş planına uyğun olaraq, Ulu Öndərin 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan Ali Hərbi Məktəbinin zabit, professor və müəllim heyəti ilə yanaşı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndələri də iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.
Konfrans iştirakçıları hərbi məktəbin muzeyi, İdeoloji mərkəzi, eləcə də təhsil müəssisəsində çap olunan tədris vəsaitlərinin sərgisi ilə tanış olublar.
Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.
Sonda ulu öndər Heydər Əliyevin abidəsinin önündə xatirə şəkli çəkdirilib.