“Əsgər Bayramı” tədbiri keçirildi
Aprelin 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Əsgər Bayramı" adlı tədbir keçirildi. Tədbirdə dövlət rəsmiləri, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular, Gənclər və İdman Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi...davamı
“Zəka savaşı” bilik müsabiqəsi
Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "N" hərbi hissəsində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Zəka savaşı" adlı bilik müsabiqəsi keçirildi.
Tədbirdə H.Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi hissənin şəxsi heyəti iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi...davamı
Ən böyük amalımız
Azərbaycan ərazisi dünya xəritəsində kiçik görünsə də, onun dövlətçilik tarixi min illərin o üzü ilə səsləşir. Bəşərilik tarixində Azıx mağarası dünyada etiraf edilən mədəniyyətin başlanğıcıdır. Bir xalqın fədakarlıqla əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda gərgin mübarizələr aparıb. 1920-ci ildə rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi. Xalqın dönməz mübarizəsiylə Azərbaycanın dövlətçiliyi bərpa olundu...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı