Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2019 09:52

“Əsgər Bayramı” tədbiri keçirildi

Aprelin 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Əsgər Bayramı" adlı tədbir keçirildi. Tədbirdə dövlət rəsmiləri, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular, Gənclər və İdman Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Tədbir iştirakçılarına Silahlı Qüvvələrin qoşun növləri haqqında çəkilmiş videoçarxlar nümayiş etdirildi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev keçirilən tədbirin mahiyyətindən və gənclərimizin vətənpərvər ruhda böyüməsinin önəmindən danışdı.
Daha sonra xidməti dövründə fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin  hərbi qulluqçuları, o cümlədən Müdafiə Nazirliyindən mayor İlqar Nəhmədov, kapitan Elşən İsmayılzadə, baş leytenantlar Ariz Qəhrəmanov və Tamerlan Rəşidli diplom və hədiyyələrlə təltif edildilər. Xatirə şəkilləri çəkildi.
Sonda tədbir iştirakçılarına konsert proqramı təqdim olundu.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"