AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə və Təhsil Nazirliklərinin birgə layihəsi çərçivəsində “ Aprel zəfərindən ötən hər günə bir ağac əkək!” devizi altında aksiya keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq, xüsusi avadanlıqlarla təchiz edilmiş təlim poliqonunda bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı aparılır.
ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 4-ü və 5-də Moskva şəhərində keçiriləcək VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.
2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları I.
Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb.