AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəmkir rayonundakı “N” saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anma mərasimi keçirilib.
“Qələbə günümüz üçün xidmət edirik”Dağları ucalıq kimi qəbul edən insanlar yaranan gündən daim ucalığa, zirvəyə can atıblar.
2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi təşkil olunub.
Aprelin 20-də Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsini icra edən general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqinin öyrənilməsi və təbliği ilə əlaqədar Azərbaycan Ordusunun bütün birlik, birləşmə, hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər hərbi kollektivlərdə silsilə tədbirlər həyata keçirilir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
Aprelin 19-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku - 2018” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib.
Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzusunda taktiki-xüsusi təlim keçirilib.