AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 aprel 2018-ci il tarixədək 89.782.731,34 AZN, 213.573,88 ABŞ dolları, 10736,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin idman zalında güləşin yunan-Roma, sərbəst növü və cüdo üzrə Azərbaycan Ordusunun növbəti birinciliyi keçirilib.
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi tədbirləri çərçivəsində Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu məşəllərlə Quba rayonunun Digah kəndinə - “Qanlı dərə”yə yürüş ediblər.