AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 18-də İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin Bakıya dostluq səfəri planlaşdırılıb.
Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Oktyabrın 17-dən 20-dək Brindizi şəhərində (İtaliya) Amfibiya Qüvvələri üzrə ekspert görüşü, oktyabrın 17-dən 21-dək Latina şəhərində (İtaliya) maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursu, oktyabrın 17-dən 21-dək Skopye şəhərində (Makedoniya) NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü, oktyabrın 17-dən 23-dək Zemyanske Kostolani şəhərində (Slovakiya) "İlkin kütləvi qırğın silahları ilə mübarizə" kursu, oktyabrın 17-dən 27-dək Kaunas şəhərində (Litva) qərargah tibb zabitləri üçün təməl kursu, oktyabrın 17-dən 28-dək Vişkov şəhərində (Çexiya) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Avropa ölkələrinin hərbi elm və təhsil müəssisələri ilə sıx əməkdaşlığını davam etdirir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.
Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.