Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2016 09:00

Müdafiə naziri cəbhə bölgəsində yerləşən mobil səhra hospitalında olub

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.
Ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan Müdafiə naziri müvafiq tapşırıqlarını verib.