AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Artıq bir neçə gündür ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
Oktyabrın 4-dən 6-dək Belqrad şəhərində (Serbiya Respublikası) kommunikasiya və informasiya sistemləri kursu keçirilir.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri başlayıb.
Oktyabrın 3-dən 7-dək Kavadarci şəhərində (Makedoniya) Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursu, oktyabrın 3-dən 14-dək Buxarest şəhərində (Rumıniya) sülhü dəstəkləmə əməliyyatları kursu, oktyabrın 3-dən dekabrın 23-dək Buxarest şəhərində (Rumıniya) qərargah zabitləri üçün təkmilləşdirilmiş birgə əməliyyatlar kursu keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb.
Oktyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2016-cı il tarixədək 76.825.610,95 AZN, 212.373,88 ABŞ dolları, 4493,69 avro və 5000,0 rubl vəsait daxil olub.