Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 2016 09:00

Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu və mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib

Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub.
Düşmən mövqelərini müşahidə edən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib.
Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Müdafiə naziri eyni zamanda şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.
Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib.
Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olmalıdır.