AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları bölmələrimiz tərəfindən ələ keçirilib.
Aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub.
Aprelin 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən hərbi attaşeləri, Hərbi Attaşelik aparatlarının, eləcə də beynəlxalq təşkilatların (BMT, Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç Komitəsi) nümayəndələri üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair brifinq keçirilib.
Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bildirir ki, son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir.
Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.