AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Horadiz, Beyləqan və Tərtər şəhərlərində Müdafiə Nazirliyi və yerli icra hakimiyyətilərinin təşkilatçılığı ilə kütləvi hərbi vətənpərvərlik tədbirləri keçirilib.
Aprelin 24-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Şıxarx qəsəbə sakininə məxsus dağıdılan evin fotoları.
Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.
Aprelin 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Tədris planına əsasən aprelin 22-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində komandanlığın iştirakı ilə intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib.
Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik tədbirlər planına əsasən Şəmkirdəki hərbi hissədə rayonun təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.
C.Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Aprelin 19-da Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil-Qərargahında Azərbaycan Respublikası ilə NATO arasında 2016-cı il "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədi çərçivəsində Tərəfdaşlıq Məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının "28+1" formatında görüş keçirilib.