Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2016 10:00

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bildirir ki, son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir. Yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sutka ərzində fəaliyyət göstərən 406-87-41 nömrəli qaynar xətt yaradılıb.