AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Hərb Tarixi Muzeyində 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş "Azadlığa aparan şanlı yol" adlı tədbir keçirilib.
C.Naxçıvanski adına Hərbi Liseydə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı nümayəndələrinin iştirakı ilə Ümumxalq hüzn günü ilə əlaqədar tədbir baş tutub.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
Ümumxalq hüzn günü ilə əlaqədar ölkəmizin hər yerində anım mərasimləri keçirilir, Şəhidlər xiyabanı ziyarət olunur.
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.
Yanvarın 18-dən 20-dək Konya şəhərində (Türkiyə Respublikası) "Turaz Şahini - 2016" təliminin əsas planlaşdırma iclası, yanvarın 18-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə treninq kursu və yanvarın 18-dən aprelin 8-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) hərbi ingilis dili təməl kursu keçirilir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olublar.
Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah ilə görüşüb.