Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2016 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir


Yanvarın 18-dən 20-dək Konya şəhərində (Türkiyə Respublikası) "Turaz Şahini - 2016" təliminin əsas planlaşdırma iclası, yanvarın 18-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə treninq kursu və yanvarın 18-dən aprelin 8-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) hərbi ingilis dili təməl kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.