Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2016 09:00

20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, 20 yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Sonra 20 Yanvar hadisələri barədə ətraflı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanı təqdim edib.