AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən 15 ölkənin hərbi attaşesi və Hərbi Attaşelik Aparatlarının nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yeni binası ilə tanış olublar.
Yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantısında Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantı davam edir.
Silahlı Qüvvələr şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını elmi-metodiki əsaslarla daha da yüksəltmək məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin toplantısı keçirilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən yanvarın 26-dan Bakıda Müttəfiq Dəniz Qüvvələrinin Qərargah rəisi vitse-admiral Corco Latsionun rəhbərlik etdiyi Mobil Təlim Qrupu tərəfindən "Hərbi Dəniz Qüvvələri standartları" mövzusunda təlim kursu başlayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 26-da Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan hərbi-vətənpərvərlik həftəsi yekunlaşıb.
1994-cü il yanvarın 24-də yeni komplektləşdirilmiş hərbi hissənin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola salınmışdır.
Bugünədək şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir ciddi narahatçılıq qeydə alınmayıbMövsümi kəskin respirator xəstəliklərin yayılması ehtimalını nəzərə alaraq, eləcə də hərbi hissələrin şəxsi heyətinin kənardan bu kimi xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə Müdafiə nazirinin əmrinə əsasən qabaqlayıcı tədbirlər görülür.