AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağstafa rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid, kapitan Rafiq Cəfər oğlu Alıcanovun 50 illik yubileyi təntənə ilə qeyd edilib.
Bir ilə yaxındır ki, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələri gündən-günə genişlənir.
İyulun 13-dən Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başlayıb.
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya və Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimova Rusiya Federasiyasının Omsk şəhərindəki hərbi hissədə insan itkisilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıblar.
İyulun 13-dən 17-dək Oberamerqau şəhərində (Almaniya) "Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər" kursu və iyulun 13-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) "Açıq dəniz təlimi" keçirilir.
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 40 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
İyulun 8-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.