AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1991-ci ilin yanvar ayında anadan olmuş, həqiqi hərbi xidmətini Tərtər rayonunda, düşmənlə təmas xəttində uğurla başa vurmuş və il yarımdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Gədəbəy bölgəsində Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən Eldar Fətəliyevin xatirəsi şəhid olduğu vaxtdan yeddi gün sonra doğulduğu Novoivanovka kəndində böyük izdihamın iştirakı ilə yad edilib.
İyulun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.
Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.
İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye ilə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyəcan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.
Silahlı Qüvvələrimizin şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıblar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.
İyulun 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında hərbi gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.