AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 2-də Litva Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.
Litvada rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 2-də bir sıra görüşlər keçirib.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi hissələrdə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib.
İyulun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Litva Respublikasına rəsmi səfəri başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyul 2015-ci il tarixədək 65.077.066,33 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasına rəsmi səfərə gedib.