Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib 11 İyul 2013 09:00

İyulun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib.

1/4 finalda Azərbaycan-Bəhreyn, Əlcəzair-İraq, Oman-Qətər, Kamerun-Kot-Divuarla qarşılaşacaq 9 İyul 2013 09:00

Bütün oyunlar iyulun 10-da saat 21.00-da keçiriləcək Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında Bakıda keçirilən birinci Dünya Futbol Kubokunda qrup mərhələsi yekunlaşıb.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 9 İyul 2013 09:00

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 09-19.07.2013 Almaniyanın NBK Silahlarından Müdafiə Siyasəti üzrə baş zabitlər üçün çoxmillətli tanışlıq kursu Southofen, AFR Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 13.07-06.08.2013 Açıq Dəniz Təlimi İstanbul, Türkiyə Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü-qiymətləndirmə təliminin yekun planlaşdırma konfransı 15-19.07.2013 Bakı, Azərbaycan Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən15.07-04.08.2013 “Qara Dəniz Rotasiya Qüvvələri 2013” səhra şəraitində taktiki təlimNovo Selo, Bolqarıstan Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 16-19.07.2013 Qüvvə Planlaşdırılması üzrə ekspert danışıqları Bonn, AFR

Azərbaycan Respublikasının müdafiə naziri Beynəxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib 8 İyul 2013 09:00

İyulun 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.

Monitorinq baş tutdu 4 İyul 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Respublikasının quru qoşunları komandanını qəbul edib 3 İyul 2013 09:00

İyulun 3-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.

Təmas xəttində monitorinq keçiriləcək 3 İyul 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının müdafiə naziri ABŞ müdafiə katibinin əməkdaşını qəbul edib 2 İyul 2013 09:00

Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi məqsədilə ölkəmizə səfərə gələn Birləşmiş Ştatların müdafiə katibinin köməkçisinin müavini xanım Evelin Farkasın müxtəlif dövlət strukturlarında apardığı ikitərəfli məhsuldar görüşlərin əməkdaşlığın gələcək perspektivlərinin müəyyən olunmasına və inkişaf etdirilməsinə yeni üfüqlər açacağı baxımından diqqəti cəlb edir.

Azərbaycan-ABŞ ikitərəfli məsləhətləşmələrə həsr olunan konfrans keçirilib 2 İyul 2013 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən müdafiə sahəsində ikitərəfli məsləhətləşmələrə həsr olunan konfransı keçirilib.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 1 İyul 2013 09:00

Yay dağ təlimi üzrə təkmilləşdirmə kursu 01-12.07.2013 Andermat, İsveçrə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən 01.07.2013 Müdafiə sahəsində ikitərəfli məsləhətləşmələr konfransı Bakı, Azərbaycan Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 01-26.07.2013 Əməliyyat atıcılıq kursu Vışkov, Çex Respub “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti Tərəfdaşlığını irəli aparmaq: