Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2013 09:00

1/4 finalda Azərbaycan-Bəhreyn, Əlcəzair-İraq, Oman-Qətər, Kamerun-Kot-Divuarla qarşılaşacaq

Bütün oyunlar iyulun 10-da saat 21.00-da keçiriləcək

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında Bakıda keçirilən birinci Dünya Futbol Kubokunda qrup mərhələsi yekunlaşıb.

"A" qrupunda Azərbaycan komandası maksimum nəticə göstərərək bütün oyunlardan qalib ayrılıb. 3 oyundan 9 xal toplamış komandamız qapılardan 9 top keçirib və bir dəfə də olsun qol buraxmayıb. Son oyunda İraq komandası üzərində 3-0 hesabı ilə əldə edilən qələbə komandamızı qrup birinciliyinə yüksəldib.

"B" qrupunda isə Əlcəzair Fransaya 4-1, Bəhreyn isə Keniyaya 2-0 hesabı ilə qalib gəlib. Bununla da qrup ikincisi olan Bəhreyn ¼ finalda Azərbaycanla, qrup birincisi olan Əlcazair isə İraqla qarşılaşmalı olacaq.

"C" qrupunda Oman Kot-Divuardan 2-1 hesabı ilə üstün olaraq qrup birinciliyinə yüksəlib.

"D" qrupunda isə Kamerun Qətər üzərində 2-1 hesabı ilə qalib gələrək qrup birinciliyini rəsmləşdirib. Bununla da ¼ finalda "C" qrupunun birincisi Oman "D" qrupunun ikincisi Qətərlə, "D" qrupunun birincisi Kamerun isə "C" qrupunun ikincisi olan Kot-Divuarla qarşılaşmalı olacaq.

Bütün ¼ final oyunları (Azərbaycan-Bəhreyn, Əlcəzair-İraq, Oman-Qətər, Kamerun-Kot-Divuar) iyulun 10-da saat 21.00-da "Dalğa", "Bayıl", "Şəfa" və "Zirə" stadionlarında keçiriləcək.

Azərbaycan-Bəhreyn oyunu AzTV-də və cempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq. Eyni vaxtda İdman Azərbaycan kanalında digər bir ¼ oyunu da canlı olaraq nümayiş ediləcək.