AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Görüşdə Bakıda keçirilən hərbçilər arasında birinci Dünya Futbol kubokunun gedişatı barədə söhbət aparılıb. Qonaq yarışın yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.