Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib


İyulun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib. Görüş zamanı hərbi texniki əməkdaşlığın prioritetləri barədə müzakirələr aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi Yücel Karaüz iştirak edib.