"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 30 Aprel 2013

Azərbaycan-Pakistan HDQ arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirələrin edilməsi məqsədilə səfər 02-03.05.2013Karaçi, Pakistan NATO ekspertlərinin iştirakı ilə Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimi üzrə yekun planlaşdırma konfransı 06-08.05.2013Bakı, Azərbaycan Qüvvələrin hərəkətinin və açılmasının idarə edilməsi sistemi (ADAMS) üzrə qərargah zabitləri kursu 06-10.05.2013Latina, İtaliya Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 06-10.05.2013 Müdafiə idarəçiliyi səhəsində məsələlər üzrə seminar Monterrey, ABŞ “Biliklərin təkmilləşdirilməsi və idarə edilməsi” kursu 06-17.05.2013 Ankara, Türkiyə Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 06-31.05.2013 İngilis dili kursu Novo Qoritsa, Sloveniya Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 07-08.05.2013 “Combined Endeavor-2013” təliminin növbəti planlaşdırma konfransıNeapol, İtaliya Beynəlxalq Hərbi İdman Şurasının 68-ci Baş Assambleyası və konqresində iştirak11-18.05.2013Cakarta, İndoneziya “BMT hərbi müşahidəçisi” kursu 13-31.05.2013Ankara, Türkiyə “NATO çərçivəsində standartlaşdırma” kursu 14-23.05.2013 Varşava, Polşa.

Monitorinq baş tutdu 30 Aprel 2013

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib 29 Aprel 2013

Aprelin 29-da Avropa Hotelində Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib.

Təmas xəttində monitorinq keçiriləcək 29 Aprel 2013

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq geniş tədbirlər keçirilir 25 Aprel 2013

Müasir Azərbaycan Ordusunun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir.

Əsgər ayağından yaralanıb 22 Aprel 2013

Aprelin 21-də saat 12.30-da Qazax rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Quliyev Qismət Vəli oğlu təhlükəsizlik qaydalarının pozulması nəticəsində ayagından güllə yarası alıb, vəziyyəti kafidir.

Əsgər vəfat edib 20 Aprel 2013

Aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat etmişdir.

Baş leytenant dünyasını dəyişib 19 Aprel 2013

Aprelin 19-da gecə saat 03.00 radələrində Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsgəri Şahverdiyev Rafael Əli oğlunun tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant Məmmədov Elşən Mübariz oğlu dünyasını dəyişib.

Azərbaycan Respublikasının müdafiə nazirinin Polşa Respublikasının prezidenti və milli müdafiə naziri ilə görüşü olub 18 Aprel 2013

Polşada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Polşa Respublikasının prezidenti Bronislav Komorovski ilə görüşü olub.

Azərbaycan Respublikasının müdafiə naziri Polşaya rəsmi səfərə yola düşüb 17 Aprel 2013

Aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası müdafiə nazirinin dəvəti ilə Varşavaya rəsmi səfərə yola düşüb.