Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2013 09:00

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq geniş tədbirlər keçirilir

Müasir Azərbaycan Ordusunun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir. Ulu öndərin vaxtı ilə böyük çətinliklər hesabına ərsəyə gətirdiyi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə «Heydər Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısıdır» mövzusunda dünən keçirilən elmi-praktiki konfrans öz əhəmiyyətinə görə ordumuzun həyatında əlamətdar hadisə kimi yadda qalacaq. Tədbirdə çıxış edənlər ümummilli liderə belə bir hərbi liseyi yaratdığına görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Gələn həftə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də 90 illik yubileylə bağlı geniş bir tədbirin keçirilməsi nəzərdə tutulur. Ümummilli liderin doğum gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təşkilatlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mədəni kütləvi tədbirlərin keçirilməsi planlaşdırıldır. Bununla yanaşı hərbi hissələrin yerləşdikləri şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən Heydər Əliyev adına muzey, park və xiyabanlara şəxsi heyətin ziyarəti təşkil olunur və bu tədbirlərdə hərbi qulluqçuların, onların ailə üzvlərinin birgə iştirakı təmin edilir.
«Biz Heydər Əliyev Ordusunun əsgərləriyik» adlı bədii təşfiqat briqadasının qornizon zabitlər evləri və klublarında çıxışları diqqəti cəlb edir. Yubileylə əlaqədar Heydər Əliyev Mərkəzinin əsgərlər arasında təşkil etdiyi «Dövlətimi, xalqımı, ailəmi qoruyuram» adlı əsgər məktubları müsabiqəsinə cəlb olunan gənc hərbi qulluqçular öz yaradıcı biliklərini fəal şəkildə nümayiş etdiriblər.
Keçirilən tədbirlərin davamı olaraq may ayının ilk günlərində vaxtı ilə ulu öndərin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissəyə ictimai və incəsənət xadimlərinin, millət vəkillərinin, ziyalıların, qeyri hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin səfərinin təşkili nəzərdə tutulur.