Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 10-da saat 01:35-dən 01:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2011 00:00

Martın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş katibinin dəvətilə Şimali Atlantika Şurasının İSAF əməliyyatına töhfə verən qeyri-NATO ölkələrinin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Bürüsselə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 9 Mart 2011 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 10-da Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 7 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 6-da saat 23:05-dən 23:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 17:20-dən 17:30-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18:00-dan 18:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16:48-dən 17:02-dək, martın 7-də saat 01:10-dan 01:30-dək və 05:35-dən 05:40-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02:15-dən 02:30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01:55-dən 02:15-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 7 Mart 2011 00:00

Son illərdə Müdafiə Nazirliyinin hərbi şəhərciklərində yerinə yetirilmiş tikinti, yenidənqurma, təmir və abadlıq işləri şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, onun döyüş hazırlığı səviyyəsini də yüksəltmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 4-də saat 20:25-dən 20:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 18:10-dan 18:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:40-dan 22:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 4 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 3-də saat 14:20-dən 14:25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi, saat 23:15-dən 23:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:50-dən 23:55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 3 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-də saat 13:20-dən 13:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:30-dan 19:35-dək və martın 3-də 05:00-dan 05:15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərindən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 3 Mart 2011 00:00

Martın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-nın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 2 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 1-də saat 18:30-dan 18:45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 2-də saat 00:10-dan 00:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yərləşən mövqelərdən, saat 01:25-dən 01:35-dək və 05:50-dən 06:35-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.