Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 19 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-də saat 14:50-dən 15:00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 11:58-dən 12:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 18 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 17-də saat 16:00-dan 16:25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 21:25-dən 21:50-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, martın 18-də saat 01:40-dan 01:50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 17 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 16-da saat 11:15-dən 11:20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 19:11-dən 19:40-dək və 20:55-dən 21:45-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Vazaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 16 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 15-də saat 13:10-dan 13:15-dək, 13:40-dan 13:55-dək, 15:05-dən 15:20-dək, 20:55-dən 21:10-dək, 21:05-dən 21:15-dək və 22:30-dan 22:45-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen, Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 09:30-dan 09:45-dək və 22:00-dan 22:10-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 16 Mart 2011 00:00

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejelinin martın 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin məlumatı 15 Mart 2011 00:00

Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar.

Müdafiə Nazirliyinin məlumatı 15 Mart 2011 00:00

Tədbirlərin siyahısı NATO Birləşmiş Əməliyyat, Birləşmiş Transformasiya və Hərbi Əməkdaşlıq İdarəsinin Hərbi Əməkdaşlığın Koordinasiyası konfransı21-25.03.2011Luserne, İsveçrəHava əməliyyatları üzrə terminologiya kursu21.03-01.04.2011İzmir, TürkiyəFTP-dən əlavə24.03-02.06.2011 6-cı Beynəlxalq Qərargah zabitləri kursuLiptovski Mikulaş, SlovakiyaC.Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Ali Təhlükəsizlik Araşdırmaları proqramı çərçivəsində növbəti kursu25.03-17.06.2011Qarmiş-Partenkirxen, AlmaniyaFTP-dən əlavə28.03-01.04.2011 “Combined Endevor 2011” təliminin Əsas planlaşdırma konfransıLissabon, PortuqaliyaFTP-dən əlavə30.03.2011 NATO Məktəbində keçirilən tədbirlərin planlaşdırıcıları mövzusunda seminarOberammerqau, Almaniya

Müdafiə Nazirliyinin məlumatı 13 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 13-də saat 13:20-dən 13:25-dək və martın 14-də saat 01:00-dan 01:05-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 00:50-dən 01:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, matın 13-də saat 23:05-dən 23:07-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 12 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 11-də saat 13:35-dən 13:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi, saat 19:20-dən 19:25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 20:00-dan 20:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 11 Mart 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 10-da saat 13:05-dən 13:27-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18:00-dan 18:35-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:00-dan 21:10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.