Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar. Son günlər atəşkəs rejimi daha çox Ermənistan Respublikası tərəfdən pozulur.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 14-də saat 12:25-dən 12:45-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14:50-dən 15:00-dək, 16:00-dan 16:10-dək, 16:15-dən 16:24-dək və 16:25-dən 16:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 22:20-dən 22:25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, martın 15-də saat 06:00-dan 06:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərden Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 01:10-dan 01:20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.