Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Son illərdə Müdafiə Nazirliyinin hərbi şəhərciklərində yerinə yetirilmiş tikinti, yenidənqurma, təmir və abadlıq işləri şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, onun döyüş hazırlığı səviyyəsini də yüksəltmişdir. Hal-hazırda bu işlər davam etdirilir və növbəti illər üçün də yerinə yetiriləcək quruculuq vəzifələri planlaşdırılır.
Belə ki, Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işlərinin təxmini statistikası aşağıdaki kimidir:
Ümumi sahəsi 47 050 m2 olan 6 “əsgər yataqxanası”, ümumi sahəsi 18 735 m2 olan 2 “əsgər yeməkxanası”, ümumi sahəsi 5 741 m2 olan 2 “qərargah”, ümumi sahəsi 4 472 m2 olan 2 “tibb məntəqəsi”, ümumi sahəsi 28 462 m2 olan 3 “yaşayış”, ümumi sahəsi 2 320 m2 olan 2 “qazanxana, hamam, camaşırxana”, sahəsi 17 600 m2 olan “cərrahiyyə korpusu”, sahəsi 4 918 m2 olan “inzibati” binaları tikilərək istifadəyə verilib.
Ümumi sahəsi 46 387 m2 olan 5 “əsgər yataqxanası”, ümumi sahəsi 13 798 m2 olan 2 “əsgər yeməkxanası”, ümumi sahəsi 5 851 m2 olan 2 “qərargah”, ümumi sahəsi 4 472 m2 olan 2 “tibb məntəqəsi”, ümumi sahəsi 85 858 m2 olan 6 “yaşayış”, ümumi sahəsi 2 204 m2 olan 2 “qazanxana, hamam, camaşırxana” binaları hal-hazırda tikilir.
Sahəsi 2 258 m2 olan “klub-yeməkxana”, sahəsi 3 414 m2 olan “cərrahiyyə şöbəsi”, sahəsi 30 173 m2 olan “8 mərtəbəli müalicə korpusu”, ümumi sahəsi 11 000 m2 olan “yataq korpusu”, ümumi sahəsi 33 000 m2 olan “tədris korpusu” binalarında əsaslı təmir işləri yerinə yetirilir.
“Gəncə-72”, “Dəllər-1”, “Şəmkir-3”, “Seyfəli-1”, “Gədəbəy (Saratovka)”, “Gədəbəy (Başkənd)”, “Zığ-72”, “Bərdə-1”, “Sarıcalı-1”, “Beyləqan (Milabad)” hərbi şəhərciklərində ümumi sahəsi 922 m2 olan 15 “qazanxana” binaları inşa edilmiş, müasir tipli texnoloji avadanlıqlar ilə təchiz olunmuş, ümumi uzunluğu 17 850 metr olan ərazidaxili istilik xəttləri və 52 binada binadaxili istilik sistemləri çəkilmişdir.
“Bakı-52”, “Bakı-55”, “Qırmızı Şərq-l”, “Qırmızı Şərq-49”, “Ağstafa-3”, “Pirəküşkül-2” hərbi şəhərciklərində yerləşən qazanxana binaları təmir olunmuşdur.
“Qırmızı Şərq-l”, “Zığ-7”, “Ağstafa-3” və “Pirəküşkül-2” hərbi şəhərciklərində yerləşən 14 binanın daxili istilik sistemləri yenidən qurulmuşdur.
“Beyləqan (Milabad)”, “Şamaxı (Qızmeydan)”, “Şamaxı (Qurbançı)”, “Şamaxı (Sündü)”, “Kömürkey” hərbi şəhərciklərində ümumi uzunluğu 7 500 metr olan maqistral yüksək gərginlikli elektrik xətləri çəkilmişdir.
“Qaraheybət-1”, “Üçtəpə-1”, “Biləcəri-190”, “Güzdək-1”, “Gəncə-38”, “Gəncə-76”, “Gəncə-84” və “Gəncə-111” hərbi şəhərciklərində 8 “əsgər yataqxanası” və 8 “əsgər yeməkxanası” binalarında daxili təmir işləri yerinə yetirilib. Ümumi sahəsi 18 750 m2 olan 24 "texniki" binanın dam örtüyü təmir olunub.