Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun birgə məlumatı 21 Fevral 2011 00:01

Fevralın 20-də saat 9:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş vermişdir.

Müdafiə Nazirliyinin məlumatı 21 Fevral 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 20-də saat 15:10-dan 15:15-dək və 22:05-dən 22:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15:00-dan 15:05-dək, 21:10-dan 21:15-dək, 22:05-dən 22:15- dək, 22:20-dən 22:35-dək, 23:20-dən 23:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də saat 23:00-dan 23:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqeovit və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 08:15-dən 09:00-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17:05-dən 17:15-dək, 19:00-dan 19:05-dək və 22:50-dən 22:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Alxanlı və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 19 Fevral 2011 00:00

Fevralın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliyinin müdafiə nazirinin dəvəti ilə müdafiə sərgisində iştirak etmək üçün Abu Dabiyə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 17 Fevral 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 16-da saat 15:20-dən 15:25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi, saat 10:50-dən 10:55-dək və fevralın 17-də 02:55-dən 03:02-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 17 Fevral 2011 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Azərbaycan Respublikasının Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 15 Fevral 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-də saat 17:20-dən 17:30-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, fevralın 15-də saat 02:45-dən 02:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 15 Fevral 2011 00:00

Tədbirlərin siyahısı FTP-dən əlavə19-29.02.2011 NATO akademik təlimatçılar kursu çərçivəsində təlimatçı qismində iştirakOberammerqau, AlmaniyaAkademik təlimatçılar kursu21-25.02.2011 NATO akademik təlimatçılar kursuOberammerqau, AlmaniyaAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən20.02-11.03.2011 Qoruma-təhlükəsizlik kursuAnkara, TürkiyəFTP-dən əlavə21.02-04.03.2011 Silahlı münaqişə hüququ kursuAnkara, TürkiyəMüəllimlər üçün Hərbi terminologiya kursu28.02-11.03.2010Budapeşt, MacarıstanAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən28.02-25.03.2011 Döyüş sursatlarını məhvetmə kursuİzmir, Türkiyə

Müdafiə Nazirliyinin məlumatı 11 Fevral 2011 00:00

Fevralın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye, İqor Papov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 10 Fevral 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 9-da saat 18:05-dən 18:10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12:45-dən 12:50-dək və fevralın 10-da saat 05:35-dən 05:45-dək Ağdam rayonunun Cəvahirli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.