Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye, İqor Papov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bölüşdükdən sonra müdafiə naziri Səfər Əbiyev bildirdi ki, Minsk Qrupunun fəaliyyəti konkret bir nəticə verməsə də, biz bu missiyaya hələlik ümidlərimizi itirməmişik. Münaqişənin həllində səylərin birləşdirilməsinə üstünlük verən nazir Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini və sülh variantlarının yalnız bu konteksdə baş tuta biləcəyini birmənalı olaraq qonaqların diqqətinə çatdırdı. Müdafiə naziri torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü də xüsusi vurğuladı. Bildirdi ki, belə situasiyalarda bütün dövlətlər eyni cür hərəkət etmiş olarlar. Azərbaycanı heç kim bu məsələdə günahlandıra bilməz. Sözünə davam edən nazir S.Əbiyev bu qəbildən olan münaqişələrin həllində mövcud beynəlxalq qaydaların tətbiq edilməsinin zəruriliyini önə çəkərək yaxın keçmişdə bir neçə ölkənin timsalında bu cür yanaşmanı misal gətirdi və qeyd etdi ki, həmin münasibət Azərbaycana da göstərilməlidir, lakin biz bunun fərqini görürük, bu da acı təəssüf doğurmaya bilməz.