Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də saat 23:00-dan 23:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqeovit və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 08:15-dən 09:00-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17:05-dən 17:15-dək, 19:00-dan 19:05-dək və 22:50-dən 22:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Alxanlı və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.