Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 29 Noyabr 2010 00:00

Noyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkəndə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 25 Noyabr 2010 00:00

Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası olub.

Müdafiə Nazirliyinin məlumatı 22 Noyabr 2010 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 12 Noyabr 2010 00:00

Tədbirlərin siyahısı Müttəfiq Transformasiya Komandanlığının Birləşmiş Çoxmillətli Hazırlıq Mərkəzində Qiyamçılıq Əleyhinə (COIN) Tapşırıq Qüvvələrinin işçi görüşü15-16.11.2011Hohenfels, AlmaniyaQiyamçılıq Əleyhinə (COIN) Tapşırıq Qüvvələrinin konfransı17-21.11.2010Ankara, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən19.11.2010-07.05.2011 Xüsusi Təyinatlı Qüvvələr kursuAnkara, TürkiyəQərargah zabitləri üçün hərbi terminologiya kursu22.11-03.12.2010Budapeşt, MacarıstanATƏT-də təmsil olunan daimi nümayəndəliklərin zirvə görüşündə iştirak25.11-03.12.2010Astana, QazaxıstanAzərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən25.11-02.12.2010 Quru Qoşunlarında Təlim-Tədris məsələlərinə dair ekspertlərin görüşüBerqen-Münster, AFRHava əməliyyatları üzrə terminologiya kursu29.11-10.12.2010İzmir, TürkiyəƏməliyyat İmkanları Konsepsiyası (OCC) Məlumat Bazası üzrə keçiriləcək təlim kursu30.11-02.12.2010Tusula, Finlandiya.

Müdafiə Nazirliyinin məlumatı 12 Noyabr 2010 00:00

Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 2010 00:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İordaniya Haşimiyyə Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abel Mohammad Abedalaziz Əl-Adailehi qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 2010 00:00

Noyabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının qərargah rəisi general-polkovnik Jouk Lambertus Nermanı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 3 Noyabr 2010 00:00

Noyabrın 3-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün Azərbaycanın müdafıə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin məlumatı 2 Noyabr 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 1-də saat 09:15-dən 09:20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 12:45-dən 13:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:15-dən 19:30-dək və 22:40-dan 23:00-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 2 Noyabr 2010 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 3-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.