Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkəndə rəsmi səfərə yola düşüb.
Səfər zamanı ölkələr arasında hərbi əməkdaşlığın gedişatı və gələcək perspektivlərin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır.
Azərbaycanın müdafiə naziri S.Əbiyevin Özbəkistan Respublikasının yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.