Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası olub. İclasda kollegiya üzvləri, müdafıə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər.
Kollegiya İclasında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2010-cu ildə hazırlığının yekunları və 2011-ci tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.