Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 8 İyul 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 7-də saat 20:30-dan 20:35-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 12:20-dən 12:56-dək və 13:30-dan 13:50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 22:50-dən 22:57-dək və iyulun 8-də saat 02:20-dən 02:28-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 7 İyul 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 6-da saat 22:35-dən 22:55-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- iyulun 7-də saat 00:45-dən 00:50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 6 İyul 2009 00:01

İyulun 6-da Belarus Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Böyük Vətən müharibəsi zamanı Belarusun azad edilməsində şücaət göstərən veteranlar və onların yaxınlarının iştirakı ilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 6 İyul 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 6-da saat 00:25-dən 00:35-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 4 İyul 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 3-də saat 19:10-dan 19:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 3 İyul 2009 00:00

Ermənistan Silahlı Qüvvlərinin bölmələri iyulun 2-də saat 13:10-dan 13:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;-Saat 22:50-dən 22:55-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;- iyulun 3-də saat 01:10-dan 01:20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 2 İyul 2009 00:01

Xəbər verildiyi kimi, hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması üçün Müdafıə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “qaynar xətt” yaradılıb və eyni zamanda, şikayət və narazılıqları araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrup fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyinin məlumatı 2 İyul 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 1-də saat 18:10-dan 18:40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2009 00:03

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdəşlıq” proqramı çərçivəsində:- Bakı şəhərində əməliyyat İmkanları Konsepsiyası çərçivəsində 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi üzrə Koordinasiya görüşü (06 -10 iyul);- Brüssel şəhərində (Belçika) FTƏP çərçivəsində Şimali Atlantika Şurasının 28+1 formatında görüşü (15 iyul) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2009 00:02

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda işçi görüşü (06-10 iyul); Dəniz limanlarında Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə kursu (13-17 iyul); ABŞ Mobil Təlim Qrupu tərəfındən dənizdə xüsusi təyinatlı əməliyyatların planlaşdırılması və idarə olunması üzrə təlim kursunun 2-ci hissəsi (26-31 iyul); Oklohoma şəhərində Birgə döyüş hazırlığı üzrə təlim kursu (14-22 iyul); Vaşinqton şəhərində Azərbaycan-ABŞ məsləhətləşmələri (29-30 iyul);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Açıq Dəniz Təlimi-3 (13 iyul-10 avqust); Xarici hərbi heyət üçün tabur komandirliyi kursu (13-24iyul); Gölcük, Kocaeli şəhərlərində Kütləvi Qırğın Silahlarından mühafizə üzrə təlimatçılar kursu (20-31 iyul); Altınova, Yalova şəhərlərində Gəmi təhlükəsizliyi zabiti kursu (20-24 iyul);Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Münhen şəhərində “Çoxmillətli əməliyyatlar üzrə tibbi kadrların effektiv hazırlanması” mövzusunda 3-cü beynəlxalq təlim seminarı (06-10 iyul); Sonthofen şəhərində (AFR) Baş zabitlər üçün Almaniyanın KQS-dan Müdafiə siyasəti ilə tanışlıq kursu (14-24 iyul);Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Çerat şəhərində Təkmilləşdirilmiş Komanda kursu (06 iyul 2009-07 fevral 2010); Risalpur şəhərində Gənc mühəndis zabitləri kursu (06 iyul-26 dekabr); Kvetta şəhərində Gənc Quru Qoşunları zabitləri kursu (06 iyul-29 avqust); Ümumqoşun taktikası kursu (31 avqust-28 noyabr); Pişəvər şəhərində Tamal hava-desant kursu (06 iyul-01 avqust); İslamabad şəhərində Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Ekspert Qrupunun Pakistan İslam Respublikasının Hərbi Təhsil müəssisələrinə tanışlıq səfəri (25-28 iyul) keçirilir.