Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Xəbər verildiyi kimi, hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması üçün Müdafıə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “qaynar xətt” yaradılıb və eyni zamanda, şikayət və narazılıqları araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrup fəaliyyətə başlayıb.
“Qaynar xətt” işə düşən gündən – yəni iyunun 25-dən iyulun 2-nə kimi 4617 çağırışa cəlb olunan vətəndaşın valideynləri və qohumları övladlarının və ya yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənmək üçün müraciət ediblər və onların sorğusu cavablandırılıb. Bununla yanaşı, vətəndaşlar Müdafiə Nazirliyi tərəfındən hərbi komissarlıqlara göndərilən siyahılar vasitəsi ilə də yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini öyrənə biliblər.
 Bu günə kimi nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində fəaliyyətə başlayan işçi qrupa isə heç bir şikayət və narazılıq daxil olmayıb.
Vətəndaşlardan hərbi çağırışla bağlı hər hansı şikayət və müraciətləri olarsa, işçi qrupun telefon nömrələrinə (439 23 76; 438 61 31; 438 61 74) zəng etmələri xahiş olunur.