Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyulun 6-da Belarus Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Böyük Vətən müharibəsi zamanı Belarusun azad edilməsində şücaət göstərən veteranlar və onların yaxınlarının iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov veteranları müdafiə naziri,  general-polkovnik Səfər Əbiyevin adından salamlayıb və onların əməyinin yüksək qiymətləndirildiyini bildirib. Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin səlahiyyətli nümayandəsi Sergey Panasyuq isə Belarusun azad edilməsi uğurunda azərbaycanlıların keçdiyi döyüş yolundan, onların qəhrəmanlığından danışıb.
Daha sonra Sergey Panasyuq Belarusun işğaldan azad edilməsinin 64 illiyi ilə bağlı veteranlarımıza medallar təqdim edib.
Rəsmi hissə yekunlaşandan sonra tədbir iştirakçıları çay süfrəsinə dəvət olunublar.