Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda işçi görüşü (06-10 iyul); Dəniz limanlarında Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə kursu (13-17 iyul); ABŞ Mobil Təlim Qrupu tərəfındən dənizdə xüsusi təyinatlı əməliyyatların planlaşdırılması və idarə olunması üzrə təlim kursunun 2-ci hissəsi (26-31 iyul); Oklohoma şəhərində Birgə döyüş hazırlığı üzrə təlim kursu (14-22 iyul); Vaşinqton şəhərində Azərbaycan-ABŞ məsləhətləşmələri (29-30 iyul);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Açıq Dəniz Təlimi-3 (13 iyul-10 avqust); Xarici hərbi heyət üçün tabur komandirliyi kursu (13-24iyul); Gölcük, Kocaeli şəhərlərində Kütləvi Qırğın Silahlarından mühafizə üzrə təlimatçılar kursu (20-31 iyul); Altınova, Yalova şəhərlərində Gəmi təhlükəsizliyi zabiti kursu (20-24 iyul);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Münhen şəhərində “Çoxmillətli əməliyyatlar üzrə tibbi kadrların effektiv hazırlanması” mövzusunda 3-cü beynəlxalq təlim seminarı (06-10 iyul); Sonthofen şəhərində (AFR) Baş zabitlər üçün Almaniyanın KQS-dan Müdafiə siyasəti ilə tanışlıq kursu (14-24 iyul);
Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Çerat şəhərində Təkmilləşdirilmiş Komanda kursu (06 iyul 2009-07 fevral 2010); Risalpur şəhərində Gənc mühəndis zabitləri kursu (06 iyul-26 dekabr); Kvetta şəhərində Gənc Quru Qoşunları zabitləri kursu (06 iyul-29 avqust); Ümumqoşun taktikası kursu (31 avqust-28 noyabr); Pişəvər şəhərində Tamal hava-desant kursu (06 iyul-01 avqust); İslamabad şəhərində Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Ekspert Qrupunun Pakistan İslam Respublikasının Hərbi Təhsil müəssisələrinə tanışlıq səfəri (25-28 iyul) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndəlari iştirak edirlər.