AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Ukraynanın müdafiə naziri cənab Yuri Yexanurov Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.
Bakıda rəsmi səfərdə olan Çex Respublikasının xarici işlər naziri Karel Şvarzenberq iyulun 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 3-də saat 16:50-dən 17:00-dək Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini;- iyulun 4-də saat 02:30-dan 03:00-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 16:30-dan 16:40-dək və saat 17:45-dən 17:55-dək Ermənistan Respublikası Berd rayonu Çinari və Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 16:25-dən 16:45-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən; - iyulun 3-də saat 01:35-dən 01:55-dək və saat 05:40-dan 06:00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 02:49-dan 02:55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
İyulun 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB dövlətlərinin Müdafiə Nazirlərinin Şura iclasında iştirak etmək üçün Bişkek şəhərinə yola düşmüşdür.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 30-da saat 15:15-dən 15:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- iyulun 1-də saat 05:00-dan 05:25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.