Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Ukraynanın müdafiə naziri cənab Yuri Yexanurov Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyində qonağın təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş və hər iki ölkənin dövlət  himnləri səslənmişdir.
Əvvəlcə müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan və Ukrayna arasında müxtəlif istiqamətlər üzrə geniş əlaqələr mövcuddur, xüsusilə iqtisadi sahədə olan əlaqələr hər iki ölkənin bir-birinə yaxınlaşmasına daha böyük təkan vermişdir. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri və orada strateji əməkdaşlıq  əlaqələrinin dərinləşməsi ilə əlaqədar imzalanan sənədlər Azərbaycan-Ukrayna münasibətlərində yeni üfüqlər açmışdır.