Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 16:30-dan 16:40-dək və saat 17:45-dən 17:55-dək   Ermənistan Respublikası Berd rayonu Çinari və Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz  rayonunun Ağdam kəndi və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərini;
- saat 16:25-dən 16:45-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- iyulun 3-də saat 01:35-dən 01:55-dək və saat 05:40-dan 06:00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat  02:49-dan 02:55-dək Ağdam rayonunun Yusifcanlı  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.