Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 İyul 2007 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 16-dan 20-dək Bakı şəhərində “Terminologiya kursu” və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 16-dan 27-dək İstanbul şəhərində müştərək treninqlər keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 16 İyul 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də saat 21:25-dən 21:50-dək Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərqində və iyulun 15-də saat 04:50-dən 05:20-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 İyul 2007 00:01

Gürcüstanın Müdafiə naziri cənab David Kezerayili iyulun 12-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 İyul 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də saat 00:15-dən 00:30-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Voskepar kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara kəndi yaxınlığındakı mövqelərini; - saat 03:15-dən 06:50-dək Berd rayonunun Çinari kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 İyul 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 11-də saat 10:55-dən 11:00-dək Ermənistan Respublikası Berd rayonunun Mososqex kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 9 İyul 2007 00:02

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il iyulun 10-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 9 İyul 2007 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 9-dan 20-dək Tirana şəhərində (Albaniya) “Cooperative Lancer/ Lonqbow” təliminin Yekun Planlaşdırma Konfransı və Tiflis şəhərində (Gürcüstan) “Cooperative Arcer” təlimi keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 9 İyul 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 8-də saat 20:50-də Ermənistan Respublikası İcevan rayonunun Kayan kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 İyul 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 4-də saat 00:45-də Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.