Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 9-dan 20-dək Tirana şəhərində (Albaniya) “Cooperative Lancer/ Lonqbow” təliminin Yekun Planlaşdırma Konfransı və Tiflis şəhərində (Gürcüstan) “Cooperative Arcer” təlimi keçirilir.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Hoenfeiz şəhərində (Almaniya) “Komanda-qərargah təlimi” (8-12 iyul), Qarmiş şəhərində (Almaniya) “Sabitlik, Təhlükəsizlik, Keçid və Bərpa əməliyyatlarına hərbi dəstək” üzrə seminar (9-11 iyul) və Kiyev şəhərində (Ukrayna) “Terrorçuluğa qarşı mübarizə” mövzusunda seminar (9-13 iyul);
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 9-dan avqustun 3-dək Vışkov şəhərində (Çexiya) “Komanda və Liderlik üzrə təlimatçılar” və Bakı şəhərində “Sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı” kursları;
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 9-dan 13-dək Kampulunq-Muscel şəhərində “Kütləvi qırğın silahlarından müdafiə və ətraf mühitin mühafizəsi” kursu;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 9-dan avqustun 3-dək İstanbul şəhərində “Tabur komandiri” kursu;
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 9-dan dekabrın 22-dək Karaçi şəhərində “İngilis dili” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.