Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 12 İyun 2007 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il iyunun 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 12 İyun 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 11-də saat 20:30-dan 20:35-dək Ermənistan Respublikası İcevan rayonunun Kayan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 İyun 2007 00:02

İyunun 11-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Lauri Bristounu səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 İyun 2007 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:-iyunun 11-dən 15-dək Frankfurt şəhərində (Almaniya) “Münaqişə zamanı beynəlxalq hüquq” kursu;-iyunun 11-dən 22-dək Konya şəhərində (Türkiyə) “Anadolu Qartalı 2007” təlimi;-iyunun 13-dən 14-dək Ramştayn şəhərində (Almaniya) “Kooperativ Arcer 2007” təliminin yekun planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 11 İyun 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 11-də saat 01:30-dan 01:40-dək Ermənistan Respublikası İcevan rayonunun Kayan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 2007 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 3-də saat 19:10-dan 19:15-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Berekamavan kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun l-də saat 22:00-dan 22:25-dək Ermənistan Respublikası Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini; - iyunun 2-də saat 01:15-dən 02:00-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.