NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- iyunun 4-dən 7-dək Virciniya şəhərində (ABŞ) Təhsil və Təlim mövzusunda konfrans;
- iyunun 4-dən 8-dək Krey şəhərində (Fransa) “Vyana-99 Sənədi” üzrə kurs;
- iyunun 4-dən 15-dək Ankara şəhərində (Türkiyə) və Budapeşt şəhərində (Macarıstan) “Hərbi Terminologiya” kursları;
- iyunun 5-dən 6-dək Sevastopol şəhərində (Ukrayna) “Kooperativ Marlin-2007” təliminin Yekun Planlaşdırma Konfransı;
- iyunun 6-dan 8-dək Tbilisi şəhərində (Gürcüstan) Cənubi Qafqaz və Moldova üzrə “Clearing House” konfransı keçirilir.
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 4-dən 15-dək Predeal şəhərində “Kəskin relyef və iqlim şəraitində hərbi əməliyyatlar” kursu;
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 7-dən 9-dək Berlin şəhərində “Almaniya təhlükəsizlik siyasətinin istiqaməti və perspektivləri” mövzusunda konfrans keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.