AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
APA İnformasiya Agentliyinin Gürcüstan bürosuna istinadən belə bir informasiya yayılmışdır ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini cənab M.Brayza martın 30-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində kütləvi informasiya vasitələri üçün keçirilən mətbuat konfransında bildirmişdir ki, “ABŞ zərurət yaranarsa Azərbaycandakı aerodromdan hərbi məqsədlər üçün istifadəyə ümid edir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il martın 27-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 27-də Müdafiə Nazirliyində general-polkovnik Səfər Əbiyevin dəvətilə Azərbaycana rəsmi səfərə gəlmiş Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant İsmayıl İsakovun təntənəli qarşılanma mərasimi olmuşdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 16-da saat 03:00-dan 03:20-dək Ağdam rayonunun işğal olunmuş Kəngərli kəndinin 2 km şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Martın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu və nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il martın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- martın 12-dən 15-dək Montreuks şəhərində (İsveçrə) “Avro-Atlantik Tərəfdaşlıq İş Planı və Aralıq Dənizi dialoqu İş Planı” üzrə işçi görüşü;- martın 12-dən 16-dək Bakı şəhərində “Beynəlxalq Humanitar Hüquq” üzrə təlim kursu və Ankara şəhərində (Türkiyə) “Fəlakətlər zamanı humanitar yardım” kursu;- martın 12-dən 17-dək Oberammerqau şəhərində (Almaniya) “Qərargah zabitləri üçün tanışlıq” kursu;- martın 12-dən 23-dək Brunsum şəhərində (Niderland) “Qərargah təlimi” kursu keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 21:40-dan 22:30-dək Ermənistan Respublikası Berd rayonunun Çinari kəndinin 1,5 km cənub-şərqində və Tovuz rayonunun işğal olunmuş yüksəkliklərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ağbulaq kəndi sahəsində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.