Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

APA İnformasiya Agentliyinin Gürcüstan bürosuna istinadən belə bir informasiya yayılmışdır ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini cənab M.Brayza martın 30-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində kütləvi informasiya vasitələri üçün keçirilən mətbuat konfransında bildirmişdir ki, “ABŞ zərurət yaranarsa Azərbaycandakı aerodromdan hərbi məqsədlər üçün istifadəyə ümid edir. ABŞ Əfqanıstanda keçirilən hərbi əməliyyatlar üçün Gürcüstan və Azərbaycanın hava məkanından istifadə etmişdir və edir. Biz zərurət yaranacağı təqdirdə Azərbaycanda yerləşən aerodromdan istifadə etmək imkanına malik olmaq istəyirik.”
Azərbaycanın Müdafiə Nazirliyi öz tərəfındən mətbuat konfransında səslənən bu fikirlərə münasibət bildirərək bəyan edir ki, düzdür, Azərbaycan Əfqanıstanda keçirilən antiterror əməliyyatlarında antiterror koalisiyasının üzvü kimi koalisiya üzvlərinə öz hava məkanından istifadə etməyə icazə vermişdir.
Müdafiə Nazirliyi bunu da xatırlatmağı özünə borc bilir ki, Azərbaycan heç bir xarici dövlətə onun ərazisindən qonşu dövlətlərə qarşı istifadə edilməsinə imkan və şərait yaratmayacaqdır.