Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- martın 12-dən 15-dək Montreuks şəhərində (İsveçrə) “Avro-Atlantik Tərəfdaşlıq İş Planı və Aralıq Dənizi dialoqu İş Planı” üzrə işçi görüşü;
- martın 12-dən 16-dək Bakı şəhərində “Beynəlxalq Humanitar Hüquq” üzrə təlim kursu və Ankara şəhərində (Türkiyə) “Fəlakətlər zamanı humanitar yardım” kursu;
- martın 12-dən 17-dək Oberammerqau şəhərində (Almaniya) “Qərargah zabitləri üçün tanışlıq” kursu;
- martın 12-dən 23-dək Brunsum şəhərində (Niderland) “Qərargah təlimi” kursu keçirilir.
- Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq martın 12-dən 30-dək Hammelburq şəhərində “BMT Hərbi Müşahidəçi kursu”;
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq martın 12-dən aprelin 6-dək Vışkov şəhərində (Çex Respublikası) “Komanda və Liderlik üzrə təlimatçı kursu”;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq martın 12-dən mayın 5-dək İstanbul şəhərində “Partlayıcı döyüş sursatlarının aşkarlanması” üzrə kurs keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.